Xəbərlər 21.11.2023 21:16 2718

“Həyatımızı birgə qoruyaq” – Masallıda maarifləndirici tədbir

Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları mövzusunda

 

Masallı Rayon Polis Şöbəsinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon sektorlarının birgə təşkilatçılığı ilə narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları mövzusunda “Həyatımızı birgə qoruyaq” adlı maarifləndirici tədbir keçirilib.
Sübhan Xəlilov adına 1 nömrəli Qızılağac kənd tam orta məktəbindəki görüş öncəsi Ulu öndər Heydər Əliyevin, Vətənimizin suverenliyi və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəis köməkçisi, polis kapitanı İxtiyar Talıbov, azyaşlılar üzrə baş inspektor, polis kapitanı Samid Əliyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rayon sektorunun əməkdaşları Oktay Ağayev, Mehman Zahidov, Lənkəran-Astara regional Təhsil İdarəsinin rayon üzrə təhsil sektorunun baş məsləhətçisi Samit İslamov, adı çəkilən təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı sadalanan zərərli vərdişlərin törədə biləcəyi fəsadları barədə şagirdlərə ətraflı məlumat verilib.
Sonra mövzu ilə bağlı slayd izlənilib, məktəblilər arasında sorğu keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Akif AĞAYEV
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı