WhatsApp-ın öz çat botu olacaq
Çatbot mətn və şəkillərdən istifadə edərək istifadəçi sorğularına cavab verir.
QHT.az xəbər verir ki, “WhatsApp” tərtibatçıları öz messencerlərinin imkanlarının əsaslı şəkildə genişləndirilməsini hazırlayırlar. Tezliklə süni intellektə malik çatbot istifadəçilərin istifadəsinə veriləcək. Üstəlik, ona giriş mümkün qədər sadə olacaq. Yenilik WhatsApp-ın son beta versiyasında söhbət düyməsinin üstündə yeni ikona var ki, ona kliklədikdə süni intellektlə işləyən söhbətləri tez aça bilir.
“WhatsApp”ın yaradıcıları bu yeniliyi istifadəçilərə “məlumat əldə etmək üçün sürətli, rahat və özəl üsul” kimi təqdim edirlər. İstifadəçilər mətn sorğusu ilə birbaşa messencer daxilində suallar verə və botla mübahisə edə, stiker və şəkillər yarada biləcəklər. İndiyə qədər süni intellektlə söhbətlər məhdud beta testerlər qrupu üçün əlçatandır, lakin yeniliyin tətbiqi faktı onun geniş istifadəyə verilməsinə qədər çox vaxt keçməyəcəyini göstərir. Lakin daha geniş buraxılışın dəqiq nə vaxt baş tutacağı məlum deyil.
Pərvanə Fərhadqızı