Məktəblilərarası minifutbol çempionatı başa çatdı - FOTOLAR
Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası tərəfindən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Minifutbol Federasiyasının tərəfdaşlığı ilə həyata keçirilən IlI Super Liqa - 2025 Məktəblərarası Minifutbol Çempionatı aprelin 24-də final görüşü ilə başa çatıb.
QHT.az xəbər verir ki, oyunların qalibi və qızıl kubokun sahibi "LANDAU School" komandası olub. Qeyd edək ki, aprelin 11-də start verilən çempionata “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən təşkilati dəstək verilib.
Mükafatlandırma mərasimində İctimai Birliyin əməkdaşı Seymur Məmmədov da iştirak edib.