Süni intellekt hava hadisələrini erkən proqnozlaşdırmağa kömək edə bilərmi?
Tədqiqatçılar son illərdə hava proqnozu üsullarının çox daha dəqiqləşdiyinə diqqət çəkərək, süni intellektin qasırğaların quruya daha erkən gəlməsini proqnozlaşdırmaqla insanların həyatını xilas edə biləcəyini bildirirlər.
QHT.az xəbər verir ki, Google-un süni intellekt inkişaf etdirmə şirkəti DeepMind tərəfindən istehsal edilən yeni süni intellekt modeli, sentyabr ayında baş verən Lee qasırğasının Kanadanı ənənəvi üsullardan üç gün əvvəl vuracağını proqnozlaşdırıb. Son illərdə hava proqnozlarının işlənib hazırlanması üsulları daha dəqiq olmuşdur. Bununla belə, alimlər deyirlər ki, süni intellektin proqnoz vermək üçün keçmiş hava hadisələrini təhlil etmək sürəti və qabiliyyəti indiyə qədər istifadə olunan texnologiyalardan çox fərqlidir.
Səhər bayıra çıxanda nə geyinəcəyimizi söyləməklə yanaşı, dəqiq hava proqnozu bizə fırtınalar, daşqınlar və istilik dalğaları kimi ekstremal hava şəraiti barədə əvvəlcədən xəbərdarlıq edə bilər və təsirlənmiş ərazilərdə yaşayan insanlara hazırlaşmaq üçün mühüm vaxt verir. Lakin ənənəvi hava proqnozları əhəmiyyətli miqdarda hesablama gücü tələb edir.
Pərvanə Fərhadqızı