Mask ABŞ administrasiyasını tərk edəcəyinə işarə edir
Tramp milyarderi tərifləyib və onu “istədiyi qədər” komandada qalmağa dəvət edib.
QHT.az xəbər verir ki, Elon Musk ABŞ administrasiyasından ayrıldığını açıqladı. Hökumətin Effektivliyi Departamentinin (DOGE) direktoru, milyarder Elon Musk ABŞ administrasiyasında fəaliyyətini dayandırdığını bildirib. O, hökumət iclasında “Sizinlə işləmək mənim üçün şərəf idi, hər şey üçün təşəkkür edirəm”, – deyə çıxış edib.
Prezident Donald Tramp Muska təşəkkür edərək onun “çox fədakarlıq etdiyini” və “ədalətsiz davranışla qarşılaşdığını” vurğulayıb. Musk isə Tesla avtomobillərinin vandalizminə işarə edərək, “Onlar maşınlarımı yandırmağı sevirlər” deyə cavab verib. Mask qeyd edib ki, federal hökumətin ixtisarı nəticəsində 160 milyard dollar qənaət edilib.
O "ilk 100 gündə inanılmaz dərəcədə irəliləyiş oldu. Hər kəsin dediyi kimi, bu, hər hansı bir administrasiyanın indiyə qədər bacardığından daha çoxdur" -dedi.
R.İmanov