Xəbərlər 30.09.2023 16:20 5470

"Danış, səni tanısınlar!" layihəsi GƏNCƏDƏ

Bugün Gəncə Dövlət Universitetində Azərbaycan Respublikası Qeyri Hökümət Təşkikatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin həyata keçirdiyi "Danış, səni tanısınlar!" Gənclərin özünü ifadə imkanlarının genişləndirilməsi təlimləri adlı layihə çərçivəsində gənclər və tələbələrlə görüş keçirildi.

 

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi, tələbə və gənclərə karyera planlaşdırılmasında "Yumuşaq bacarıqların" təsirləri haqqında məlumat verilməsi, onlarda çevik bacarıqları inkişaf etdirməsinə yardım etməkdir.

Tədbiri layihə rəhbəri Eyyub Kərimli açaraq, layihənin məqsədi və vəzifələri, təsirləri və əhəmiyyəti haqqında geniş məlumat verdi. Sonra layihə çərçivəsində hazırlanmış "Danış, səni tanısınlar!" filmi nümayiş etdirildi. Film çoxsaylı auditoriyanın marağına səbəb oldu. Sonra, layihənin təlimçisi, tanınmış səlist nitq mütəxəssisi, Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu çıxış etdi.

 

Səlist danışığın insanların həyatına təsirləri haqqında, səlist nitqin və özünüifadənin karyeranın formalaşmasına təsirləri barəsində geniş məlumat verdi. Layihənin əsas əhəmiyyəti, regionda yaşayan gənclərə, yeni biliklərə, muasir trendlərə çıxışın təmin edilməsi, əmək bazarında muasir tələblər haqqında məlumatların çatdırılmasıdır. Layihənin icrası gənclərin gələcək karyera planlaşdırılmasın əhəmiyyətli təsirləri olacaqdır. Layihə 5 region universitetlərini əhatə edəcək, və layihənin icrasından ümumilikdə 500-ə yaxın gənc bəhrələnəcəkdir. Görüşdə universitetin prorektoru professor Gülsüm xanım Urud, müəllimər və 200 yaxın tələbə iştirak etdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı