Xəbərlər 29.04.2025 21:07 60

“Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi çərçivəsində təlimlərə start verilib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi çərçivəsində təlimlərə start verilib. Təlimin ilk günündə iştirakçılarla tanışlıq görüşü keçirilib, gənclərə proqram barədə ətraflı məlumat verilib, məqsəd və gözlənilən nəticələrdən danışılıb, layihə ilə bağlı suallar cavablandırılıb.

QHT.az xəbər verir ki, sonra “Liderlik məktəbi”nin təlimçisi Tofiq Sadıxov “Nitq və ünsiyyət bacarıqları” mövzusunda təlim keçib, nitq, natiqlik, ritorika anlayışlarını şərh edərək, özünütəqdimetmə prosesində nələrə diqqət edilməli olduğundan və dinləyici qruplarının xüsusiyyətlərindən bəhs edib. Gənclər natiqlik və ritorikanın fərqini, təqdimetmə bacarıqlarını müzakirə edib, təlimçi tərəfindən bu bacarıqlarını daha da inkişaf etdirmək barədə tövsiyələr alıblar.

Təlimin ikinci günündə liderlik mövzusuna həsr olunmuş sessiya keçirilib. Sessiyada Tofiq Sadıxov iştirakçılarla görüşərək liderliyin əsas anlayışları, effektiv liderin xüsusiyyətləri, komanda idarəçiliyi və qərarvermə prosesində liderin rolu haqqında ətraflı məlumat verib. Sessiya zamanı interaktiv müzakirələr aparılıb, iştirakçılar öz suallarını ünvanlayıb və müxtəlif situasiya tapşırıqları vasitəsilə mövzunu daha dərindən mənimsəyiblər.

Qeyd edək ki, "Neftçala gəncləri üçün liderlik məktəbi"nə müraciət edən 190 nəfər gənc arasında 26 nəfər müsahibədən uğurla keçərək iştirakçı hüququ qazanıb. Layihə gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq məqsədilə həyata keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı