Qaradağ Gənclər evinin abituriyentləri “UNEC-də bir gün” layihəsində iştirak ediblər - FOTOLAR
UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin və Qaradağ Gənclər evinin təşkilatçılığı ilə keçirilən tanışlıq günündə abituriyentlər UNEC-in əsas və III tədris binalarında olublar.
QHT.az xəbər verir ki, abituriyentlərə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Sonra abituriyentlər üçün UNEC-də infotur təşkil olunub. Onlar oxu və imtahan zalları, 24/7 kitabxana, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, akt zalları, Ekstern Mərkəzi, III tədris binasındakı laboratoriyalarla tanış olublar.
Abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.