Xəbərlər 25.09.2023 14:52 6218

Xəyal  Astanov İran təmsilçisini məğlub edərək qızıl medala layiq görülüb

22-24 sentyabr  Bakı İdman Sarayında Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli şəkildə təşkili baş tutub. Çempionatda  millət vəkilləri, şəhid ailələri, qazilər və  Gənclər və İdman Nazirliyinin əməkdaşları da iştirak ediblər.

QHT.az xəbər verir ki, millət vəkili Adil Əliyev ölkəmizin ordu quruculuğundan, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edərək rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizlərə qazandırmış olduğu tarixi qələbədən bəhs edib. Aparılmış lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar məlumat verərək, 24 saatdan da az vaxda separatçıların bütün silahlarının sıradan çıxarılmasını və təslim olmağa məcbur edilməsini qeyd edib. O şəhidlərimizə, qələbəmizin memarları olan qəhrəmanlarımıza, Vətən yolunda canlarını düşünmədən qurban verərək, bizə tarixi qələbə bəxş edənlərə borclu olduğumuzu vurğulayıb.

24 sentyabrda başa catan  yekun final yarışının qalibi isə lou kik üzrə  (low kick) 91 +  kq çəki dərəcəsində Xəyal Astanov Fərahim oğlu olub. Prezident kuboku və Respublika Kubokunun qalibi, 2 qat Respublika çempionu Xəyal  Astanov 2 döyüş keçərək finala yüksələrək, 3- cü final döyüşündə İran təmsilçisini ilk raunddan məğlub edərək qızıl medala layiq görülüb.

Təbrik edirik!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı