Xəbərlər 28.04.2025 12:38 15

DSMF “Pan Finance Awards 2025” beynəlxalq müsabiqəsində iki mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Pan Finance” beynəlxalq maliyyə və biznes analizi platformasının (Birləşmiş Krallıq) “Pan Finance Awards 2025” beynəlxalq müsabiqəsində iki kateqoriya üzrə qaliblər sırasına daxil edilib.

Fond müsabiqənin “Avrasiya regionu üzrə 2025-ci ilin Pensiya Xidmətləri İnnovatoru” ali mükafatına və Avrasiya regionu üzrə Sosial İnklüzivlik və Rəqəmsal Rifah sahəsində Mükəmməllik Mükafatına layiq görülüb.

 

Müsabiqədə DSMF ilə yanaşı, ABŞ, İsveçrə, Braziliya, Səudiyyə Ərəbistanı, BƏƏ, Birləşmiş Krallıq və digər ölkələri təmsil edən sığorta və investisiya qurumları, pensiya fondları iştirak edib.         

Dünya üzrə 150 ölkədən 200 mindən çox izləyiciyə malik qlobal maliyyə və analitik təhlil platforması olan “Pan Finance” platforması Avropa, Yaxın Şərq, Afrika, Latın Amerikası, Şimali Amerika və Asiya regionları üzrə geniş şəbəkədə fəaliyyət göstərir. Bu platforma maliyyə institutları, investorlar və dövlət qurumları üçün qlobal bazarlar üzrə aydın və dolğun informasiya təmin etməklə yanaşı, xüsusi analitik hesabatların hazırlanması və maliyyə dünyasındakı yeniliklərin təşviqi ilə məşğuldur.   

Bu mükafatlarla DSMF 2021-ci ildən ötən dövrdə 66, o cümlədən bu il 12 beynəlxalq mükafat qazanıb. 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı