“TÜREK türk dövlətlərinin iqtisadi və mədəni əməkdaşlığını gücləndirəcək” - Xəyalə Mütəllimova/ FOTOLAR
Ankarada yerləşən Türkiyə Ticarət Nazirliyinin binasında Türk Dünyası Marketinq, Reklam və Media Birliyinin (TÜREK) təqdimat mərasimi keçirilib. Tədbirdə Türkiyənin ticarət naziri Ömer Bolat, müxtəlif dövlət və özəl sektor nümayəndələri iştirak ediblər.
QHT.az xəbər verir ki, bu barədə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Xəyalə Mütəllimova məlumat verib. Onun sözlərinə görə, TÜREK-in yaradılması təşəbbüsü Türkiyə və Azərbaycanın reklam strukturlarına məxsusdur:
"Yeni birliyin yaradılmasına dair sənəd Azərbaycan tərəfindən “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi (RMİD), Türkiyədən isə REPİD və ARED tərəfindən imzalanıb. Türkiyənin ticarət naziri Ömer Bolat türk dövlətlərinin bazar potensialına diqqət çəkərək TÜREK-in bu imkanlardan istifadə edəcəyini bildirib. RMİD sədri Xəyalə Mütəllimova isə Azərbaycanın reklam sahəsindəki nailiyyətlərindən bəhs edərək, TÜREK-in iqtisadi və mədəni əməkdaşlığa töhfə verəcəyini vurğulayıb".
QHT sədri həmçinin bildirib ki, TÜREK-in mərkəzi ofisi İstanbulda yerləşəcək, quruma ilk iki il Türkiyə, daha sonra Azərbaycan rəhbərlik edəcək:
"Yeni birlik türk dövlətləri və diaspor strukturlarının iştirakı üçün açıqdır".
Pərvanə Fərhadqızı