Xəbərlər 02.09.2023 11:26 4781

Xaqani Səfəroğlu: Azpost.info internet qəzet olaraq yalnız oxuculara hədəflənib

"Azpost.info internet qəzet olaraq yalnız oxuculara hədəflənib. Bundan sonra da belə olacaq."

 

Bu fikirləri QHT.az-a açıqlamsında  Azpost.info saytının baş redaktoru Xaqani Səfəroğlu bildirib.

"Bu gün Azpost.info saytının 4 yaşı tamam olur. Ağlasığmaz rəqabətin mövcud olduğu onlayn platformada fərqli və maraqlı bir resurs təqdim etmək çox çətindir..

Buna nail ola bilirkmi?
Bizi yalnız oxucular qiymətləndirə bilər.

Saytı davamlı oxuyan xeyli oxucularımız var. Biz kollektiv adından onlara təşəkkür edirik. Bundan sonra da yeni, maraqlı və rəngarəng yazıları təqdim etmək üçün çalışacağıq.

Bu 4 ildə hər zaman çalışmışıq ki, jurnalist etikasına, peşəkarlığa sadiq qalaq. MEDİA Agentliyi bu ötən ildə Azpost.info-ya böyük dəstək oldu.

 

Reklam bazarı olmayan, abunə sistemi formalaşmayan bu dövrdə media saytını biznes layihə kimi qurmaq çox çətindir. KİV-də yeni çağırışlar fonunda ölkədə peşəkar ənənələrə söykənəcək media bazarının qurulacağına ümid edirik.

Qarşıda reallaşdırmaq istədiyimiz çoxlu planlarımız və layihələrimiz var.

Azpost.info internet qəzet olaraq yalnız oxuculara hədəflənib. Bundan sonra da belə olacaq."

QHT.AZ olaraq Azpost.info Xəbər Portalında çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı