Yalnızlıq eşitmə itkisi riskini artırır: TƏDQİQAT
Təkliyin eşitmə itkisi ilə əlaqəsi üzərində aparılan yeni bir araşdırma, yalnızlığın yalnız psixoloji deyil, həm də fiziki sağlamlıq üçün ciddi risk yaratdığını göstərib.
QHT.az xəbər verir ki, Honq-Konqdakı Çin Universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqat, tənhalığın eşitmə itkisi riskini 24 faiz artırdığını ortaya çıxarıb. Araşdırma üçün Böyük Britaniya Biobankından istifadə edilərək, 12,3 il ərzində 490 865 nəfər üzərində təhlil aparılıb. Təkliyin, yaş, cinsiyyət və xroniki xəstəliklərdən asılı olmayaraq eşitmə itkisini artıran müstəqil bir amil olduğu aşkar edilib. Tədqiqatın müəllifi Yunlong Song, tənhalığın eşitmə itkisi ilə əlaqəsini təhlil edərkən, təklik və bu itki arasında təhlükəli bir əlaqə olduğunu vurğulayıb. Alimlər, tənhalıqla bağlı genetik amillərin təsirini azaldaraq, bunun bioloji mexanizmlərlə bağlı olduğunu qeyd edirlər.
Tədqiqat, sosial əlaqələrin və emosional dəstəyin yalnız ruh sağlığı üçün deyil, eşitmə qabiliyyətimizi qorumaq üçün də vacib olduğunu göstərir. Təkliyi ciddi qəbul edərək, kömək axtarmaq və əlaqə qurmaq hər kəs üçün həyati əhəmiyyət kəsb edir.
R.İmanov