Xəbərlər 12.07.2023 10:54 1882

Sualtı partlayıcı maddələrin izləri aşkar edilib

Almaniya “Şimal axını” qaz kəmərini partlatmaq üçün “partlayıcı maddələrin daşınmasında istifadə oluna biləcəyi” ehtimal edilən yaxtadan götürülmüş nümunələrdə sualtı partlayıcı maddələrin izlərini aşkar edib.

QHT.az xəbər verir ki, 2022-ci ilin sentyabrında Almaniya, İsveç və Danimarkanın eksklüziv iqtisadi zonalarında Baltik dənizinin dibi boyunca Rusiya və Almaniyanı birləşdirən “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində bir sıra səbəbi bilinməyən partlayışlar baş verdi. Hər bir ölkə Təhlükəsizlik Şurasının iclasından əvvəl ayrı-ayrılıqda araşdırmalar aparır və yeniliklər göndərir.

İstintaqların heç biri tamamlanmayıb və hələlik onların nə vaxt başa çatacağını söyləmək mümkün deyil. Təxribat aktlarının xarakteri misilsizdir və araşdırmalar mürəkkəbdir. Dalğıclar partlayıcı maddələri dənizin dibi boyunca təxminən 70-80 metr dərinlikdə çəkilmiş zədələnmiş qaz kəmərlərinə yerləşdirə bilərdi.

Qeyd edək ki, Moskva partlayışların arxasında Qərbin dayandığını bildirib. Qərb hökumətləri isə Ukraynanın iştirakını inkar edir. 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı