Xəbərlər 28.04.2025 12:42 22

Sosial xidmət müəssisələrinin nümayəndələri üçün "PR və kommunikasiyanın əsasları" mövzusunda təlim təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regionlarda yerləşən sosial xidmət müəssisələrinin əməkdaşları üçün "PR və kommunikasiyanın əsasları" mövzusunda təlim keçilib. 

 

Gəncə şəhərində keçirilən təlimdə Agentliyin 3 saylı psixonevroloji sosial xidmət müəssisəsi, 4 saylı psixonevroloji sosial xidmət müəssisəsi, 6 saylı Uşaq evi sosial xidmət müəssisəsi və 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin rəhbərləri, eləcə də tədbirlərin təşkilində məsul olan əməkdaşları iştirak ediblər. 

Təlimin məqsədi əməkdaşların iş keyfiyyətinin artırılması, kommunikasiyanın düzgün təşkili, informasiyaların fakta əsaslanması, böhran vəziyyətlərinin idarə edilməsi və digər bu kimi mövzularla bağlı bilik, bacarıqları təkmilləşdirmək, bu sahədə peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır.

 

Bir gün davam edən təlimdə iştirakçılar nəzəri biliklər əldə etməklə bərabər, müxtəlif real keyslər üzrə fərdi və qrup tapşırıqlarını yerinə yetiriblər.

İnteraktiv keçən təlimdə həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlərə dair nümunələr göstərilməklə diskussiya aparılıb, suallar cavablandırılıb. 

 

Bu kimi təlimlərin mütəmadi təşkil edilməsi nəzərdə tutulub.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı