Xəbərlər 08.06.2023 19:03 4828

Masallıda «Xəmsə» milli intellektual oyununa yekun vurulub

Sığdaş məktəbliləri kuboka sahibləniblər

 

Masallıda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş gənclər arasında «Xəmsə» milli intellektual oyununun qalibləri müəyyənləşib.
Rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, təhsil sektorunun və “Masallı Gənclər Evi” sosial xidmət müəssisənin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışmasında “Heydər Əliyev kuboku” uğrunda rayonun səkkiz orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri mübarizə aparıblar. 
Oyunun yekun nəticələrinə əsasən Sığdaş kənd tam orta məktəbi birinci, F.Xancanov adına Musakücə kənd tam orta məktəbi ikinci A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbi üçüncü yerə layiq görülüb. Çaxırlı kənd tam orta məktəbinin komandası fərqülənmə diplomu ilə mükafatlandırılıb.
Qalib komandalar təşkilat komitəsinin diplom, kubok  və hədiyyələri ilə təltif ediliblər.

 

Akif AĞAYEV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı