Xəbərlər 26.05.2023 10:20 1107

Bakıda binada yanğın: üç nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.

 

QHT. az bildirir ki,  bu  barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı