Alimlərin proqnozlarına görə, ən böyük asteroidlər sentyabrın 8 və 10-da Yerin yanından keçəcək.
QHT.az xəbər verir ki, NASA bildirir ki, göy cisimlərindən biri təxminən ev ölçüsündədir. Daha iki asteroid təyyarə ölçüsündə, digər ikisi isə avtobus ölçüsündədir.
JA5 adlı ev ölçüsündə asteroid Yerə ilk yaxınlaşıb - o, sentyabrın 6-da Yerdən 5,1 milyon kilometr məsafədə planetin yanından keçdi.
Alimlərin fikirincə, asteroidlərin heç biri planet üçün təhlükə yaratmamalıdır.
Pərvanə Fərhadqızı












