“Qızıl top-2023” mükafatına 30 namizədin siyahısını təqdim edib. 

QHT.az xəbər verir ki, Kriştiano Ronaldo 20 ildə ilk dəfə futbolda əsas fərdi mükafata namizədlər siyahısına daxil edilməyib. Portuqaliyalı hücumçu sonuncu dəfə 2003-cü ildə namizədlər arasında olmayıb. Amma keçən il ən yaxşılar siyahısına girməyən Lionel Messi bu il Qızıl Topun əsas favoritidir.

30 namizədin siyahısına UEFA-nın versiyasına görə 2022/23 mövsümünün ən yaxşı oyunçusu Erlinq Haaland, “Qızıl top”un hazırkı sahibi Kərim Benzema, PSJ-nin hücumçusu Kilian Mbappe və başqaları da yer alıb. Qızıl top 2023-ə gözlənilməz namizədlər arasında 2022 FIFA Dünya Kubokunda yaxşı çıxış edən və Sevillanın tərkibində Avropa Liqasının qalibi olan mərakeşli qapıçı Yassin Boununu qeyd edirik. Bu yay qolkiper Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib. 

Xatırladaq ki, 2023-cü il “Qızıl top”un qalibi oktyabrın 30-da keçiriləcək xüsusi mərasimdə açıqlanacaq. Ənənəvi olaraq, tədbir Parisin “Şatre” teatrında baş tutacaq. Lionel Messi qazanılan Qızıl topların sayına görə rekorda sahibdir. Argentinalı hücumçu bu mükafatı 7 dəfə alıb. Cristiano Ronaldo beş dəfə "Qızıl top"u qazanıb. 

 

Pərvanə Fərhadqızı