Renaissance Philanthropy sadə və müddətlə məhdudlaşdırılmış maliyyələşdirmə modeli sayəsində üç ildən az müddətdə yarım milyard dollardan çox vəsaitin səfərbər olunmasına nail olub. Bəs bu model necə işləyir və fəaliyyət göstərdiyi sahələrdəki təşkilatlar üçün nə vəd edir?

QHT.az xarici mediaya istinadən bildirir ki, Renaissance Philanthropy üç ildən az müddətdə qlobal səhiyyə, təhsil, iqlim və iqtisadi imkanların genişləndirilməsi sahələrində elm və texnologiya innovasiyalarına 533 milyon ABŞ dolları ayrılmasına töhfə verib. Bu məbləğin təxminən yarısı birbaşa öz fondları üçün vəsait cəlb etməklə, qalan yarısı isə xeyriyyəçiləri mövcud təşkilatlarla əlaqələndirməklə təmin olunub.

Renaissance Philanthropy-nin əməliyyatlar və proqramların icrası üzrə direktoru Kristen Brandt bu yaxınlarda keçirilən Devex Pro Funding məlumatlandırma sessiyasında modelin necə işlədiyini, bu təşəbbüsə qoşulmaq istəyən təşkilatlar üçün bunun nə ifadə etdiyini və gələcək planları izah edib.

Təşkilat daxilində RenPhil adı ilə tanınan Renaissance Philanthropy müddəti əvvəlcədən müəyyən edilmiş, yəni zamanla məhdud fondlar yaradır.

Zəhra Mansırova