Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin keçirdiyi vətəndaş qəbulunda iştirak edib.
QHT.az xəbər verir ki, E.Məmmədov sosial şəbəkə hesabında paylaşım edərək qəbulun təşkilindən razılığını bildirib.
O, vətəndaşların müraciətlərinə həssas münasibəti, qaldırılan məsələlərə operativ reaksiyanı, şəffaf və ədalətli yanaşmanı müsbət qiymətləndirib:
“Qəbulun yüksək səviyyədə təşkil edilməsi məni çox sevindirdi. Vətəndaşların müraciətlərinə həssaslıq, qaldırılan məsələlərə operativ reaksiya, şəffaf, ədalətli yanaşmalar, şübhəsiz ki, təqdirəlayiqdir”.












