Rəqabət mühiti davam etsə də, sektor üzrə yeni imkanlar yaranır.
QHT.az xarici mediaya istinadən bildirir ki, bölgədə çalışan və işə qəbul aparan mütəxəssislərin sözlərinə görə, Afrikanın inkişaf sektoru üzrə əmək bazarı təkcə kiçilmir, eyni zamanda transformasiya olunur.
Ötən il xarici yardımların azaldılması həyati əhəmiyyət daşıyan proqramların bağlanmasına, minlərlə mütəxəssisin işini itirməsinə və təşkilatların daha az resursla qitə üzrə mühüm ehtiyacları qarşılamaqda çətinlik çəkməsinə səbəb olub.
Bununla belə, sektorda çalışan bəzi şəxslərin fikrincə, bu hadisələr liderlik və tərəfdaşlıqlara yanaşmanı da dəyişdirib və qitədə fəaliyyət göstərən inkişaf mütəxəssisləri üçün yeni imkanlar yaradıb.
Zəhra Mansırova












