Google yaxın iki il ərzində Finlandiyada süni intellekt (AI) infrastrukturuna ən azı 13 milyard avro (15,1 milyard dollar) sərmayə qoyacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu, şirkətin Avropada indiyədək etdiyi ən böyük investisiya olacaq. Sərmayə 2027-2028-ci illərdə məlumat mərkəzlərinə, elektrik şəbəkəsinin inkişafına, təmiz enerji və batareya layihələrinə yönəldiləcək.

Yeni infrastruktur Gemini, Google Search, Maps və YouTube kimi xidmətlərin fəaliyyətini dəstəkləyəcək. Şirkət bildirir ki, investisiya Finlandiyanın və Avropanın rəqəmsal inkişafına, innovasiya və AI sahəsində tədqiqatlara töhfə verəcək.

Google-un hesablamalarına görə, layihə tikinti mərhələsində Finlandiyanın ÜDM-inə təxminən 3,6 milyard dollar əlavə edəcək və fəaliyyətə başladıqdan sonra hər il 7 minə yaxın iş yerini dəstəkləyəcək.

Finlandiyanın soyuq iqlimi və aşağı karbonlu elektrik enerjisi ölkəni məlumat mərkəzləri üçün əlverişli məkana çevirir. Alphabet isə 2026-cı ildə qlobal investisiya planını 195-205 milyard dollara yüksəldib.