Beynəlxalq Ailə Planlaşdırılması Fondunun baş strateji məsləhətçisi və tanınmış insan hüquqları müdafiəçisi Kavita Nandini Ramdas xeyriyyəçilik dünyasının pərdəarxası məqamlarını müzakirə etmək üçün Theory of Change podkastına qonaq olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, Theory of Change podkastının son buraxılışında Kavita Nandini Ramdas müasir xeyriyyəçilik sistemindəki dərin struktur ziddiyyətlərdən, onun yerli (icma əsaslı) fəallıqla gərgin münasibətlərindən və qeyri-hökumət təşkilatlarının elit maliyyə mənbələrini qorumaq naminə susmağı niyə dayandırmalı olduqlarından danışıb.

Zəhra Mansırova