Yazar Güneş Altuner Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı ilə bağlı düşüncələrini ictimaiyyətlə bölüşüb. O bildirib ki, müəllif əsərində yalnız bir uğur hekayəsi təqdim etmir, eyni zamanda oxucunu inanc, əzm və ortaq tale anlayışı ətrafında düşünməyə dəvət edir.

QHT.az xəbər verir ki, Altunerin sözlərinə görə, kitabda “zəfər” anlayışı təkcə nəticə kimi deyil, iradə və proses məsələsi kimi təqdim olunur. Müəllif qarşıya çıxan çətinlikləri real və qətiyyətli mövqedən yanaşaraq oxucuda həm motivasiya, həm də düşüncə yaradır.

Güneş Altuner əsəri hədəflərinə doğru irəliləyən fərdlər və gələcəyə inanan cəmiyyətlər üçün ilhamverici bir çalışma kimi dəyərləndirib, müəllifi təbrik edərək ona uğurlar arzulayıb.