2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 122 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məmmədov Aqil Kamran oğlunun Goranboy rayon Aşağ Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evində Xankəndindən olan seçicilərlə görüşü keçirilib.
Azturkmantv.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, deputatlığa namizəd Aqil Məmmədov haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Aqil Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Tədbirdə iştirak edən Həsənov Nəcəf, Quliyeva Çiçək, Əliyeva Vüsalə və başqaları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırdılar ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Onlar qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.












