Microsoft, Windows 11-i dəstəkləməyən kompüterlərə quraşdırmaq üçün ən ümumi həll yollarından birini bloklayıb.
QHT.az xəbər verir ki, bu məhdudiyyət hazırda yalnız əməliyyat sisteminin beta versiyasına (Canary kanalı) aiddir. Microsoft TPM 2.0 texnologiyasını tələb edən yeni qaydanı tətbiq edir, bu da bəzi kompüterlərdə OS quraşdırılmasına mane olur. Əvvəllər istifadə edilən həllyolları artıq keçərli deyil. Cari versiya hələ də alternativ üsullarla quraşdırıla bilər, lakin növbəti yeniləmədə bu imkan da bloklana bilər.
Pərvanə Fərhadqızı












