Aktyor, rejissor Şahmar Ələkbərov 1943-cü ilin bu günü Gəncə şəhərində anadan olub.
QHT.az xəbər verir ki, Xalq artisti Şahmar Ələkbərov “Dağlarda döyüş”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Qızıl qaz”, “Həyat bizi sınayır”, “Bizim küçənin oğlanları”, “Qatır Məmməd”, “Firəngiz”, “Arxadan vurulan zərbə”, “Babək”, “Əlavə iz”, “Nizami”, “Ötən ilin son gecəsi” kimi Azərbaycan filmlərində yaddaqalan obrazlar canlandırmış, “İmtahan” (G.Əzimzadə ilə birgə), “Sahilsiz gecə” və “Qəzəlxan” filmlərinin quruluşçu rejissoru olmuşdur. Bir çох filmlərin dublyajında iştirak edib.
Qeyd edək ki, o, teleradiо sahəsində də fəal оlub. Radiоda “Ulduz” prоqramının, “Mоlla Nəsrəddin” verilişinin aparıcısı оlub. Xarici film istehsalçılarının “Çilidə gecə” (1977, rejissorlar Sebastyan Alarkon, Aleksandr Koçarev / Rusiya) filmində, “Odlu yollar” (1977-1984, rejissor Şuhrət Abbasov / Özbəkistan) serialında türk polisi rolunda çəkilib.
Aktyor 1992-ci ildə avqustun 12-də Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
Pərvanə Fərhadqızı












