Masallı və  Lənkəran məktəb-liseylərində müəllimlərin müsahibəsi 

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin Ümumi təhsilin təşkili və idarə olunmasının sektor müdiri Fuad Qarayev və sektorun əməkdaşları tərəfindən Masallı şəhər “Dəfinə” məktəb-liseyində və Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb-liseyində hazırda çalışan müəllimlər üçün müsahibə təşkil olunub. 
Müsahibələr Ümumi təhsilin təşkili və idarə olunması sektoru və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə liseyə mərkəzləşdirilmiş qaydada həyata keçirilən imtahanla qəbul edilən şagirdlərə dərs deyəcək müəllimlərin müəyyən edilməsi məqsədilə təşkil olunub.
Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirinin müvafiq əmrilə 2023-2024-cü tədris ili üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyi və Masallı şəhər “Dəfinə” məktəb-liseyi növbəti tədris ilindən etibarən texniki-riyaziyyat təmayüllü lisey kimi fəaliyyət göstərəcək.

 

Akif AĞAYEV