Məşhur messencer istifadəçilərə qrup çatlarında spam və fırıldaqçılıqdan qorunmağa imkan verəcək yeni funksiya təqdim edir. İndi istifadəçi tanımadıqları şəxs tərəfindən qrup söhbətinə əlavə edildikdə, qrupda kontekst kartı göstərilir.
QHT.az xəbər verir ki, kartda qrupun yaradıcısı, yaradılma tarixi, qrupun təsviri və istifadəçinin WhatsApp əlaqə siyahısından kimsə tərəfindən əlavə edilib-edilməməsi haqqında məlumatlar göstəriləcək. Bundan əlavə, kontekst kartında istifadəçiyə çatı tez tərk etməyə imkan verən düymə, həmçinin WhatsApp təhlükəsizlik alətləri haqqında ətraflı məlumat üçün keçid olacaq.
Yeni funksiya “WhatsApp”dakı mövcud funksiyaya bənzəyir ki, bu da yad şəxslərdən şəxsi mesajlar aldıqda onlarla ünsiyyətdən qaçmağa və onların hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul olan qruplara əlavə olunub-olunmadığını tez müəyyən etməyə imkan verir.
Pərvanə Fərhadqızı












