HD 189733b, qızmar temperaturu, güclü küləkləri və şüşəli yağışı ilə astronomların diqqətini çəkir.

QHT.az xəbər verir ki, James Webb Kosmik Teleskopu vasitəsilə alınan məlumatlar, bu ekzoplanetin hidrogen sulfid qazı səbəbindən çürük yumurta qoxusu verdiyini ortaya qoyub. Bu planet, 2005-ci ildə kəşf edilib və "isti Yupiter" olaraq tanınıb. HD 189733b, Yupiterə kimyəvi tərkibcə bənzəsə də, çox yüksək temperatura malikdir və Yerdən 64 işıq ili uzaqlıqda yerləşir. Planet, ulduzuna çox yaxın olduğu üçün 1700°F (926°C) temperaturda və saatda 8046 km sürətlə küləklərə malikdir.

 

Pərvanə Fərhadqızı