Vətən müharibəsi şəhidi Elçin Əliyevin anası Ulduz Əliyeva vəfat edib.
QHT.a mərhumənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, ona Allahdan rəhmət diləyib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elçin Əliyev 2016-cı ilin "Aprel" döyüşlərinin iştirakçısı olub. O, 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək, 28 sentyabr 2020-ci ildə şəhid olub. Şəhid Elçin Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ulduz Əliyevanın ruhu şad olsun, ailəsinə dərin hüznlə başsağlığı veririk.












