Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, sentyabr ayının Azərbaycan tarixi üçün əhəmiyyətini vurğulayaraq, “Dəmir Yumruq yerindədir! Hələ enməyib!” açıqlamasını verib.

QHT sədri, sentyabr ayının Azərbaycan xalqı üçün müqəddəs aylardan biri olduğunu qeyd edib. O, 2020-ci ildəki Vətən müharibəsinin başladığı, 2021-ci ildə uğurlu əməliyyatların həyata keçirildiyi və 2023-cü ildə antiterror əməliyyatının böyük uğurla başa çatdığı bu ayın, “Böyük Ermənistan mifi”nin dəfn olunduğu bir dövr olduğunu bildirib.

Gülayə Səfərova, ermənilərin sentyabr ayının onların məğlubiyyət ayı olduğunu hələ də anlamadığını vurğulayıb. O, Qarabağda uzun illər mövcud olmuş qondarma rejimin əsas simalarından olan Samvel Şahnazaryanın sentyabr ayında ermənilərə növbəti bədbəxtliyi gətirən cəfəng iddialar ortaya atdığını qeyd edib.

QHT sədri Ermənistanın Şahnazaryanın iddialarına uyğun hərəkət etməyə cəhd edəcəyi təqdirdə, sentyabr ayının bütövlükdə onlar üçün qara günlərin və qara bayramların ayı olacağını bildirib. O, Ermənistanın birliyimizi və gücümüzü nəzərə alaraq, Möhtərəm Prezidentimizin dəfələrlə xəbərdarlıq etdiyi Dəmir Yumruğun hələ də yerində olduğunu vurğulayıb.

 

 

Pərvanə Fərhadqızı

QHT.az