16 oktyabr 2024-cü ildə Vətən Müharibəsi şəhidi Ramaldanov Babək Meyvəddin oğlunun anım günü keçirilib. Mərasimdə rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edərək xatirəsini yad edib.
QHT.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidin məzarı üstünə əklil və gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri ilə söhbət edərək onların qayğıları ilə maraqlanıb. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhid Ramaldanov Babək Meyvəddin oğlu, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızdan biridir. Allah şəhidlərimizə rəhmət eləsin!










