Bu gün, 15 oktyabr 2024-cü il, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir günün ildönümüdür. Düz bir il əvvəl, 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qürurla ucaldıb. Bu tarixi hadisə Azərbaycan xalqının birliyinin və əzminin simvolu olaraq yaddaşlara həkk olunub.

QHT.az xəbər verir ki, bu şanlı günü bizə bəxş edən bütün qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların fədakarlığı və qəhrəmanlığı sayəsində bu gün Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Qarabağ Azərbaycandır!