14 oktyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) şəhid məzun Erkin Hüseynovun xatirəsinə həsr olunmuş "Qəhrəmanın yolu" adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbir Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub. Çıxışlarda Erkin Hüseynovun qısa, lakin şərəfli ömür yolundan, BDU-nun Sosial elmlər və psixologiya fakültəsində aldığı təhsildən və onun Vətən sevgisi ilə hərbçi olma arzusunu həyata keçirməsindən danışılıb. Hüseynov, 2022-ci ildə Kəlbəcərdə şəhidlik zirvəsinə ucalıb.










