Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qardaşı Elnur Əkbərov dünyasını dəyişib.
QHT.az xəbər verir ki, mərhum dünən rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində olub. Axşam saatlarında isə onun halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı O. Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin mayında dünyasını dəyişmişdi.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk.










