Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regionu üzrə regional direktoru Hanan Balxi təşkilatın baş direktoru vəzifəsinə namizəd olduğu üçün 4 avqustdan etibarən vəzifələrinin icrasını müvəqqəti dayandırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun əməkdaşlara göndərdiyi məktuba əsasən, Şərqi Aralıq dənizi Regional Ofisinin Proqramların İdarə Edilməsi üzrə direktoru doktor Adham İsmayıl növbəti qəraradək region üzrə səlahiyyətləri icra edən rəhbər təyin olunub.
Hanan Balxi bundan əvvəl ÜST-nin Cenevrədəki baş qərargahında antimikrob müqaviməti üzrə baş direktor müavini vəzifəsində çalışıb. O, həmçinin Səudiyyə Ərəbistanının Milli Qvardiya Nazirliyində infeksiyaların qarşısının alınması və nəzarəti üzrə icraçı direktor olub.






