Beynəlxalq vətəndaş cəmiyyəti şəbəkəsi Forus hökumətləri və donor təşkilatları qeyri-hökumət təşkilatlarının dayanıqlı maliyyələşdirilməsini gücləndirməyə çağırıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilat bildirib ki, bir çox ölkədə vətəndaş cəmiyyəti təşkilatları maliyyə çatışmazlığı səbəbindən fəaliyyətlərini tam həyata keçirə bilmir. Forus-un fikrincə, QHT-lərin davamlı maliyyə ilə təmin olunması yoxsulluqla mübarizə, insan hüquqlarının müdafiəsi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Açıqlamada qeyd olunub ki, vətəndaş cəmiyyətinin qərar qəbuletmə proseslərində daha fəal iştirakı və uzunmüddətli maliyyə mexanizmlərinin yaradılması qlobal inkişaf hədəflərinə çatmaq üçün vacib şərtlərdəndir.
Piranə Xasiyeva






