ABŞ-nin Disney şirkəti ilə TikTok platforması qısametrajlı videoların paylaşılması üzrə əməkdaşlığa başlayıb. Bu, TikTok ilə ənənəvi media şirkəti arasında bağlanan ilk belə razılaşmadır.

QHT.az xarici mediaya istinadən bildirir ki, razılaşmaya əsasən, TikTok yaradıcıları Disney-in film və seriallarından personaj və səhnələrdən istifadə edərək videolar hazırlaya biləcəklər. Seçilmiş videolar həm TikTok-da, həm də Disney+ platformasında yayımlanacaq. Disney+ bu məqsədlə Verts adlı yeni bölmə yaradacaq.

Layihənin ilk mərhələsi yaxın aylarda ABŞ-da başlayacaq, daha sonra isə digər ölkələrə də genişləndirilməsi planlaşdırılır. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.

Disney bildirir ki, bu əməkdaşlıq həm istifadəçilərin yaradıcılığını dəstəkləyəcək, həm də Disney+ platformasına daha çox izləyici cəlb etməyə kömək edəcək.