Şərtsiz sevmək, ona güvənmək, məsuliyyət alıb uğur hissini qazanmasına yardımçı olmaq, onun anlatdıqlarını diqqətli dinləyin və bunun üçün zaman ayırmaq, onu göz təması quraraq dinləmək, sərhədlər qoymaq, bəzi qadağalar qoymaq gərəkəcək.
QHT.az xəbər verir ki, psixoloq Könül Babaşzadənin sözlərinə görə, uşaqlara qərarlı və açıq şəkildə xəbərdarlıq edilməlidir: “Onun doğru davranacağına güvəndiyinizi hiss et-dirin, sərhədli risk almasını, uşağınızın fərqli yeməkləri dadmaq, yeni dost qazanmaq, velosiped sürmək kimi fərqli sınaqlar etməsini dəstəkləyin. Səhvlərini bağışlamağınız övladınızın öz xətaları ilə daha asan mübarizə aparmasına səbəb olacaqdır. Onun yaxşı bacardığı şeyləri tərifləməyiniz kifayətdir. "Niyə bacın kimi sakit olmursan?" , "Niyə Orxan kimi çalışmırsan?" kimi nümunələr uşağınıza bacarıqsız olduğu şeyləri xatırladacaq, utanc hissi, qısqanclıq kimi hislərlə dolub-daşacaq. Övladınız özünü başqaları və ya bacı-qardaşı ilə müqayisə etdiyi zaman ona yaxınlıq göstərin və üstün cəhətlərini tərifləyin. Cəsarət vermək irəliləməyi təqdir etməkdir. Tərifləmək ilə cəsarətləndirmək arasında fərq vardır. Birincisi, görülən işi mükafatlandırarkən, ikincisi, şəxsiyyəti mükafatlandırır”.
Sonda psixoloq əlavə edib ki, uşaqlar gələcəyə göndərdiyimiz mesajlardır, gələcəyə yaxşı mesajlar ötürmək istəyirsinizsə, onları özgüvənli yetişdirin!
Pərvanə Fərhadqızı












