“Azərbaycan Respublikasında həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır”.
QHT.az xəbər verir ki, bu sözləri “Məişət zorakılığı” mövzusunda keçirilən maarifləndirici tədbirdə "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova bildirib.
QHT sədri həmçinin qeyd edib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması və məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması tələb olunur.
Qeyd edək ki, məişət zorakılığı cinsi, sosial, iqtisadi və ya etnik köken, yaş və ya məktəb təhsili səviyyəsi kimi faktorlara baxmayaraq, hər kəsi təsir edə bilir. Məişət zorakılığı ilə mübarizə, cəmiyyətimizin sağlam və müstəqil insanların hüquqlarına hörmət etdiyi bir cəmiyyətin inkişafına əhəmiyyətli bir töhfədir. Bu məsələni daha da azaltmaq və sona çatdırmaq üçün bütün insanlar, təşkilatlar və qurumlar birlikdə çalışmalıdır.
Pərvanə Fərhadqızı












