Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Samux rayonunda Vətəndaş Qəbulu keçirib. 

QHT.az xəbər verir ki, qəbul zamanı imtiyazlı şəxslərin mənzil, fərdi ev, avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılıb, həlli ilə bağlı müvafiq tapşırıqlar verilib, əmək fəaliyyətinin inkişafı və sosial yardım proqramları kimi mühüm məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu tədbir vasitəsilə Sosial Xidmətlər Agentliyi və Samux rayon əhalisi arasındakı əməkdaşlıq nümayiş etdirilib, bu isə ictimai rifahın və sosial azadlığın inkişafına dəstək olmağa yönləndirilmiş və əhəmiyyətli bir addımı təmsil edir. Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. 


Pərvanə Fərhadqızı