Dekabrn 15-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, DOST Agentliyinin 5 illiyinə həsr olunmuş "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
QHT.az xəbər verir ki, konfrans Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə təşkil olunacaq. Konfransda iştirak, məqalə və tezislərin təqdim edilmə qaydaları haqda linkə keçid edərək tanış ola bilərsiniz.
Pərvanə Fərhadqızı












