"Noyabrın 2-də bir qrup həmkarlarımla birlikdə “Birgə və Sağlam” İctimai Birliyinin “Autizm Mərkəzi”ndə olduq. "
Bu fikirləri öz sosial şəbəkə hesabında Bakı Slavyan Universitetinin rektoru Anar Nağiyev paylaşıb.
“Təşkilat autizmspektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır.
Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.
İctimai Birliyin sədri Aytən Eynalovaya bizi mərkəzin fəaliyyəti ilə tanış etdiyi üçün təşəkkür edirik.
Təşkilatla BSU-nun birgə əməkdaşlıq təcrübəsi artıq mövcuddur. 2022-ci ildə autizim aylığı çərçivəsində BSU-da silsilə tədbirlər, sərgilər və konfrans təşkil etmişdik.
Təşkilatın BSU-nun “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsinin tərəfdaşı olması haqqında ilkin razılığa gəldik."












