Bu gün Azərbaycan Dövlət İqtisad Universiytetinin rektoru Ədalət Muradov, UNEC voleybol komandasının məşqçiləri və voleybol üzrə Azərbaycan gənclər yığmasının baş məşqçisi Şahin Çatmanın iştirakı ilə görüş olub.

QHT.az xəbər verir ki, rektorun məlumatına görə, UNEC voleybol komandasının son vaxtlar uğursuz çıxışlarının səbəblərini və vəziyyətin yaxşılaşdırılması yollarını müzakirə olunub. Komandanın gücləndirilməsi və oyunlarda dönüş yaratmaq üçün yeni oyunçuların cəlb edilməsi, oyunçuların məşqlərinin yaxşılaşdırılması, məşqçilərin gücləndirilməsinə dair qərarlar qəbul olunub.