“Övlada diqqət göstərmək-təkcə onun geyim və qida ehtiyaclarını ödəmək deyil! Uşaqları dinləmək, onların sözlərinə, maraqsız kimi görünən suallarına və incə davranışlarına diqqət göstərməkdir. O zaman biz mərhəmətli, humanist, daha tərbiyəli övlada, sözün əsil mənasında cəmiyyətə faydalı İnsana sahib olmuş olacağıq”.
QHT.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini, "Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı məsələyə münasibətini bildirib.
Qeyd edək ki, araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.
Pərvanə Fərhadqızı












