Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Ulu öndər və GəncliyimİZ" silsilə tədbirlər layihəsi çərçivəsində keçirilən intellektual turnirdə "C" qrupunun oyunu baş tutub.
QHT.az xəbər verir ki, "Nə? Harada? Nə zaman?" formatında keçirilən intellektual turnirin üçüncü günündə daha 5 komanda mübarizəyə qoşulub. Qazax Gənclər Evində baş tutan intellektual turnirdə 15 sual səsləndirilib.
Suallara ən çox düzgün cavab verən Qazax rayonu Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin "The Best Team" və Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin "Nirvana" komandaları 21 fevralda keçiriləcək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, 20 fevralda sonuncu - "D" qrupunun oyunu keçiriləcək. Layihədə GİKM-in Qazax-Tovuz regional nümayəndəliyi, Qazax Gənclər Evi sosial xidmət müəssisəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfdaş qismində çıxış edir.












