Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Türkiyə- Azərbaycan Universitetinin yaradılması ilə bağlı anlaşma imzalanıb. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri təhsil sahəsinə də sirayət edir.
Bəs Türkiyə- Azərbaycan Universitetinin fəaliyyətinin region və dünya üçün strateji əhəmiyyəti nədir? İki ölkənin təhsil sistemlərinin fərqliliyi nəzərində, bu universitetin təlim metodologiyası və strukturu necə olacaq?
QHT.az bu suallarını Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyliyə ünvanlayıb. Onun sözlərinə görə, Azərbaycanda bu cür müştərək təhsil müəssisələri var, bunlar heç də pis nümunlər deyil: “Bu gün Türkiyə təhsil sistemində vəziyyət uğurludur. Belə əməkdaşlıqların uğuruna əminəm. Əvvəllər də Bakı şəhərində türk məktəbləri var idi. Orada yüksək səviyyədə təhsil, uğurlu nəticələr əldə edilməsi faktdır. Bu önəmli məsələdir. İki dövlətin gəcləri arasında inteqrasiya məsələlərinə, bəzi dil, mentalitet fərqlərinin aradan qaldırılmasına müsbət təsir edir. Bunu daha da genişləndirmək lazımdır”.
QHT sədri həmçinin bidirib ki, Türkiyədə repititrlıq institutu yoxdur, orada orta təhsil müəssisələri bir neçə pilləlidir. Orada şagirdlərin orta təhsil müəssisələrində aldığı biliyin hesabına ali təhsil müəssisələrinə qəbul olduqlarını, valideyinlərinin əlavə vəsait xərcləməsinə ehtiyac qalmadıqlarını da vurğulayıb: “Bizdə də elə olsa yaxşı olar. Yəni qanunla tənzimlənməlidir”.
Qeyd edək ki, Türkiyə- Azərbaycan Universitetində Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək.
Pərvanə Fərhadqızı












