BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində “Devex Impact House”da Ukraynanın gələcəyinə həsr olunmuş Ukrayna Rifah Forumu keçirilib. Tədbirdə əsas mesaj Ukraynaya investisiya yatırmaq üçün müharibənin başa çatmasını gözləməyin lazım olmadığı olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, forum “Howard G. Buffett Foundation” fondunun dəstəyi ilə təşkil olunub. Fond Ukraynaya ən böyük dəstək göstərən xeyriyyə qurumlarından biridir.
Hovard Baffet bildirib ki, atası, milyarder investor Uorren Baffetin sərvətinin 2034-cü ilə qədər tamamilə xeyriyyə məqsədlərinə yönəldilməsi planlaşdırılır. Hazırda Uorren Baffetin sərvəti təxminən 140 milyard dollar qiymətləndirilir.
Məlumata görə, sərvətin əhəmiyyətli hissəsinin Hovard Baffetin xüsusi diqqət göstərdiyi Ukraynaya yönəldilməsi ehtimal olunur. Forumda həmçinin banklar, biznes və xeyriyyə təşkilatlarının Ukraynanın iqtisadi dayanıqlığı və gələcək bərpasına dəstəyi müzakirə edilib.












